Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi dərman, sarğı materialları və reaktivlərin alınması ilə bağlı tenderə yükun vurub.
FED.az xəbər verir ki, qalib "Farmqrup" MMC olub.
Qalib şirkətə 493 439 manat məbləğində müqavilə imzalanıb.
"Farmqrup" MMC daha öncə 1 879 991 manat dəyərindəki Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin dərman preparatları ilə bağlı tenderinin qalibi olub (30.06.2023).