Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə rayonunun Talış kəndində 2 çıxışlı Yanğından Mühafizə Bölməsinin tikintisi nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 1 000 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1401033061
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Nəsimi rayonu Füzuli küçəsi 69
Ehtimal olunan qiymət: 2 492 337 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 05.04.2024 15:42
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 10.05.2024 10:00
Zərflərin açılış tarixi və vaxtı: 10.05.2024 10:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Orxan Bədəlov, Müqavilə və satınalmalar sektorunun böyük məsləhətçisi
Email : [email protected]
Əlaqə telefonu : 012-512-30-20