Azərbaycanda daha bir dövlət qurumu işçilərini tibbi sığorta edəcək.
Bu şirkət Səhiyyə Nazirliyinin əməkdaşlarını sığorta xidməti ilə təmin edəcək
FED.az xəbər verir ki, «Baki Kristal Zali» MMC əməkdaşlarının könüllü tibbi sığortası üzrə tender elan edib.
Tenderə əsasən «Baki Kristal Zali» MMC-nin 71 əməkdaşı sığorta olunacaq. Onlardan 65 nəfər sığorta təminatının məbləği 15 min manat olan «Standart, 4 nəfər 20 min manat təminatlı «Silver», 2 nəfər isə sığorta təminatının məbləği 25 min manat olan «Gold» sığorta zərfi ilə sığorta olunaaq.
«Baki Kristal Zali» MMC işçilərinə sığorta zərfi almaq üçün 41 156 manat nəzədə tutub, amma tender nəticəsində məlum olan məbləğ bundan fərqlənə bilər. Tender üzrə təkliflərin verilməsi iyunun 30-dək davam edəcək, elə həmin gün zərflər açılacaq və qalib şirkət müəyyən ediləcək.