“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” Publik Hüquqi Şəxsi Cəbrayıl şəhərində su və kanalizasiya infrastrukturu üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma Cəbrayıl şəhərinin magistral su xətlərinin, tullantı və yağış kollektorlarının və qurğularının tikintisinin LS sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində TSTQT işlərini əhatə edib.
Satınalma üzrə qalib “Azərsutəchizat Tikinti” Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə 9 milyon 22 min 71 manat 29 qəpik məbləğində müqavilə imzalanıb. Lakin ehtimal olunan qiymət 12 milyon 707 min 142,70 manatdır.
“Azərsutəchizat Tikinti”nin daha öncə udduğu tenderlər isə aşağıdakılardır:
|
Satınalan Təşkilatın Adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
1 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ |
Cəbrayıl şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin LS sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində TSTQT |
9 022 071,29 |
25.11.2025 |
|
2 |
"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" PHŞ |
Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması |
21 608 477 |
03.11.2025 |
|
3 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi |
2 560 615,15 |
04.07.2024 |
|
4 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti Və İdarəetmə Xidməti PHŞ |
Ağdam rayonu, Sarıcalı kəndi sahədaxili mühəndis kommunikasiyaları ( su-kanalizasiya xətləri, qaz xətti) işlərinin satın alınmasıı |
2.803.270,58 |
07.06.2024 |
|
5 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 3 ədəd 5 mərtəbəli yaşayış binasının və texniki infrastrukturun tikintisi |
2 300 842,6 |
06.08.2019 |










