"MİDA" MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 000 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1701953921
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31.
Müsabiqənin başlama tarixi və vaxtı: 28.12.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 23.01.2024 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 31.01.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 01.02.2024 15:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Malgöndərənin hüquqi statusunu təsdiq edən sənəd,qeydiyyatdan keçdiyi ölkə (nizamnamə, dövlət reyestrindən çıxarış, vergi şəhadətnaməsi, lisenziyası, rekvizitləri).
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
2020-2022-ci illərin yekunları üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);
Podratçının son 3 (üç) ildəki maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş rəsmi arayış;
Tikinti üzrə fəaliyyət növlərini həyata keçirməyə icazə verən müvafiq lisenziyanın surəti;
Podratçının kadr imkanları haqqında məlumat (əmək müqavilələrinin e-gov çıxarışları); 1 Layihə rəhbəri 5 il və ya daha çox 2 İnşaat mühəndisi 3 il və ya daha çox 3 Texniki şöbə mühəndisi 3 il və ya daha çox 4 Sətəm mütəxəssisi 3 il və ya daha çox 5 Planlama mühəndisi 3 il və ya daha çox 6 Keyfiyyətə nəzarət 3 il və ya daha çox 7 Xəritə mühəndisi 5 il və ya daha çox 8 Topoqraf 3 il və ya daha çox 9 Topoqraf köməkçisi 2 il və ya daha çox 10 Baş memar 5 il və ya daha çox 11 MEP Layihə rəhbəri 5 il və ya daha çox 12 Mexanika mühəndisi 3 il və ya daha çox 13 Zəif axın mühəndisi 3 il və ya daha çox 14 Elektrik mühəndisi 3 il və ya daha çox
Podratçının texniki imkanları haqqında məlumat (texniki pasportların surəti əlavə olunmaqla);
İxtisas göstəriciləri:
Son 3 (üç) il ərzində podratçının dövlət satınalmalarında iştirakı, yerinə yetirdiyi analoji müqavilələr haqqında məlumat;
Podratçı son 3 (üç) il (2020-2022) ərzində tender predmeti ilə eyni təyinatlı obyekt inşa edib təhvil vermiş olmalıdır;
Podratçı maliyyə imkanlarına, o cümlədən əsas vəsaitlərə, icra etdiyi müqavilələrə əsasən tikinti-quraşdırma işləri üzrə müvafiq maliyyə dövriyyəsinə, sərbəst maliyyə resursları
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Əliyev Vüqar, Satınalmaların təşkili şöbəsi-Şöbə müdirinin müavini
Email: [email protected]
Əlaqə telefonu: (+99412) 594-54-01 239