Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar mövcüd dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işləri” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu təmir işlərinə 2,4 milyon manat ayırdı – QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “Konsept Holding” MMC olub.
Qalib şirkətə 720 300 manat ödəniləcək.
Bu qiymətə daxildir 839,24 m(3) beton bünövrələrin söküntü işləri, 17 661,1 m(3) uçurulma metodu ilə binaların sökülmə işləri, 38 813,07 ton inşaat tullantılarının ekskavatorla maşınlara yüklənməsi və 31 km məsafəyə daşınması 20 207,08 m(3) əraziyə inşaat tullantılarının buldozerlə töküntü yerində yayılması.