Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “1250 dəst “Helmet F1XF” MSA dəbilqələrin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət Xidməti 1,6 milyonluq mühafizə avadanlıqları aldı - QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “Areset” s.r.o olub.
Qalib şirkətlə 1 057 388 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Areset” s.r.o 2007-ci ildə Çexiyada yaradılmışdır. Şirkət hərbi, polis, mülki müdafiə və sənaye seqmentləri üçün fərdi qoruyucu avadanlıqlar bazarına diqqət yetirir.