Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin tender prosedurunda vaxt dəyişikliyi edilib.
FED.az xəbər verir ki, 3 və 17 mart 2023-cü il tarixli nömrələrində dərc edilmiş tenderdə “Əlicançay su anbarının xidmət sahəsinin (magistral və paylayıcı kanallar, meliorativ tədbirlər) layihə sənədlərinin hazırlanması” obyektinin tender predmeti üzrə tələb olunan sənədlərin təqdim edilmə vaxtı 19 aprel 2023-cü il, tender təklifinin açılış tarixi isə 28 aprel 2023-cü il göstərilmişdir.
Qeyd edilən müddətlər arasında “Ramazan bayramı” günləri olduğundan tender təkliflərinin açılış tarixi 3 bank günü uzadılır. Tender təklifinin və təminatının təqdim edilmə tarixi 2023-cü il mayın 3-nə, açılış tarixi isə 2023-cü il mayın 4-nə qədər uzadılır.