Minatəmizləmə Agentliyinin tenderi baş tutmayıb.
FED.az xəbər verir ki, "Mövcud bazalar üçün inventar və avadanlıqlarla təchiz edilmiş konteynerlərin alınması və quraşdırılması işlərinin satın alınması" məqsədilə 2023-cü il 29 mart tarixində dövlət satınalmalarının vahid internet portalında dərc edilmiş elektron satınalma vasitəsilə keçirilən təkliflər sorğusu "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən baş tutmamış hesab edilir.
Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.