Azərbaycan Mərkəzi Bankı iki tenderi yekunlaşdırdı.
Dövlət qurumu 3 avtomobil tenderi elan etdi - ŞƏRTLƏR
FED.az xəbər verir ki, birinci tender çərçivəsində Mərkəzi Bank “Threat Intelligence” platformasının satın alınmasını həyata keçirib. Tender qalibi “Guardianlab” MMC olub və şirkətə 462 400 AZN ödəniş ediləcək.
Qeyd edək ki, “GuardianLab” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sərvan Əsədov Cahan oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, mənzil 33 ünvanında yerləşir.
İkinci tender isə standart proqram təminatları üzrə lisenziyaların satın alınması üçün təşkil olunub. Bu tenderin qalibi “Buz Tech” MMC olub və alib şirkətə 74 690 AZN məbləğində ödəniş ediləcək.
Qeyd edək ki, “Buz Tech” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 61 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rauf Rəhimov Məzahir oğludur. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə ştq, 3-cü küçə , ev 260A ünvanında yerləşir.