Xaçmaz Rayon İcra Hakimiyyətinin keçirdiyi tender müsabiqəsinin nəticəsi açıqlanıb.
Ağdamda 2,5 milyon manata transformator məntəqəsi tikiləcək - ŞƏRTLƏR
FED.az xəbər verir ki, müsabiqə Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə təşkil olunub.
Tenderin qalibi "Mühəndis Yol Təmir Tikinti" MMC olub. Şirkət ilə bağlanmış müqavilənin ümumi dəyəri 1.357.008,44 manat təşkil edir.
Layihə çərçivəsində yolların örtüyünün yenilənməsi, infrastruktura dair təmir-bərpa işləri və nəqliyyat üçün təhlükəsizliyin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Mühəndis Yol Təmir Tikinti” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 658 020 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Qasımlı Arif oğludur. Hüquqi ünvanı AZ1002, Bakı şəhəri, Nizami rayonu, Əlağa Kürçaylı, ev 7, mənzil 45 ünvanında yerləşir.