"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi Viləşçay su anbarının suvarma şəbəkəsinin tikintisinə dair layihə-smeta sənədlərinin hazırlanması üçün tender keçirib.
DİN-nin qurumu xüsusi geyim forması alır - TENDER ELAN EDİLDİ
Tenderin qalibi "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC (VÖEN: 1000104731) olub.
Qalib şirkət bu xidmətləri 1.709.999,33 AZN məbləğində yerinə yetirəcək. Layihə çərçivəsində suvarma şəbəkəsinin gələcəkdə tikintisinə zəmin yaradacaq texniki sənədlər hazırlanacaq.
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 716.1 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emina Xanım Omarievadır. Hüquqi ünvanı AZ1006, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov, ev 8 ünvanında yerləşir.