İnnovasiya və Təchizat Mərkəzi “"Respublika Pediatriya Mərkəzində klinik biokimya, hormon, seroloji, immunoloji, tam avtomatik mikroelisa müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri"nin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu 17 milyon manatlıq dərman vasitələri alır - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Albatros Heltkeyr” MMC (VÖEN: 1700476791) olub.
Qalib şirkətə 27 801 185 manat ödəniləcək.
Qeyd edək ki, “Albatros Heltkeyr” MMC 08.07.2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 0 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Ağalarov Fazil oğludur. Hüquqi ünvanı AZ1021, Bakı şəhəri Səbail rayonu, Tofiq Məmmədov (Badamdar qəs.), ev.23, m.10 ünvanında yerləşir.