“Bakı Metropoliteni” QSC ““Bakı Metropoliteni” QSC-nin stansiyaları, binaları, qurğuları və avadanlıqlarının təmizlənməsi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
“Bakı Metropoliteni”ni bu şirkət təmizləyəcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi “Tais İKF” MMC olub.
Qalib şirkətlə 3 553 227 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.