Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” tenderinin nəticələrini elan edib.
Gəncədə "KOB evi" tikilir - MƏBLƏĞ, QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “Parlaq-N” MMC olub.
Qalib şirkətlə 2 596 000 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.