Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “"Gəncə KOB evi"nin tikinti işləri” tenderinin nəticələrini elan edib.
Ağdamda 42 milyonluq tikinti tenderləri - ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Aznof” MMC olub.
Qalib şirkətlə 2 000 000 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Qeyd edək ki, “Aznof” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sevda Murtuzova İsgəndər qızıdır. Hüquqi ünvanı AZ1130, Bakı Şəhəri Binəqədi Rayonu, Azadlıq pr. , ev 189 ünvanında yerləşir.