Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tabeli qurumu olan Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmir işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Azərbaycanda 18,4 milyona KSES tikiləcək - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Şəmkir Tikinti-18” ASC olub.
Qalib şirkətlə 2 886 440manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Şəmkir Tikinti-18” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 64 458 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Vaqif Abdullayev Çingiz oğludur. Hüquqi ünvanı AZ5700, Şəmkir Rayonu, Dəllər Ştq, ünvanında yerləşir.