Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Abşeron rayonu ərazisi üzrə Qala qəsəbəsindəki 3 nömrəli Qala zeytunçuluq sovxozunun, Türkan üzümçülük sovxozunun, Hovsan zeytunçuluq sovxozunun və Abşeron quşçuluq sovxozunun əraziləri olmuş 500.44 ha sahənin suvarma suyu ilə təminatı” tenderinin nəticələrini elan edib.
Beynəlxalq reytinq agentliyi dövlət fondunun kreditlərinə reytinq verəcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC (VÖEN: 3100026151) olub.
Qalib şirkətlə 4 751 258 manat məbləğində müqavilə imzalanıb.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC başqa bir tenderin də qalibi olub.
Belə ki, şirkət 2025-ci il ərzində Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən elan edilən tenderi udub. Layihə Ağdam rayonunun Xıdırlı kəndində mühüm infrastrukturun qurulmasını nəzərdə tutur. Buraya kəndin sahədaxili mühəndis-kommunikasiya sistemləri – su, kanalizasiya və qaz xətlərinin çəkilməsi, daxili yol və səkilərin tikinti-quraşdırma işləri daxildir. Tenderin ümumi dəyəri 29.983.233,73 AZN təşkil edir.
Xatırladaq ki, “Körpü-Bina-Tikinti” MMC 17.09.2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov Rayonu, Əhməd Rəcəbli 2, ev.1 ünvanında yerləşir.