"Bakı Telefon Rabitəsi" MMC və "Aztelekom" MMC elan etdikləri tenderlərə yekun vurub.
Dövlət Agentliyi veb sayt hazırladır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, qurumların tenderləri “DPİ Layihəsinin genişləndirilməsi və dəstək üzrə xidmətlərin və malların satın alınması” – ilə bağlıdır.
Hər iki tenderdə qalib şirkət “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC (VÖEN: 9900038351) seçilib.
Belə ki, "Bakı Telefon Rabitəsi" MMC ilə qalib şirkət arasında 10 248 069 manat dəyərində müqavilə imzalanıb.
"Aztelekom" MMC isə qalib şirkətə 11 902 666 manat ödəyəcək.
Ümumilikdə “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC rabitə qurumlarına xidmət göstərərək 22 150 735 manat qazanacaq.