Dövlət Turizm Agentliyi “Qusar rayonunun Ləzə kəndində turizm infrastrukturunun yaradılması” tenderinin nəticələrini elan edib.
Kəlbəcərin elektriklə təminatı 2,4 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Construction Business Group” MMC (VÖEN: 1404804151) olub.
Qalib şirkətə 1 002 939 manat ödəniləcək.
Tenderin ehtimal olunan qiyməti 1.148.473,00 AZN təşkil edirdi.
Qeyd edək ki, “Construction Business Group” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 1 120 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elmir Babayev Vaqif oğludur. Hüquqi ünvanı AZ1111, Bakı şəhəri Nəsimi rayonu, Rəşid Məmmədov 3 mkr, ev 9, m. 21 ünvanında yerləşir.