"Azərtibbtəchizat" MMC əməkdaşların gündəlik qidalanmasının təşkili məqsədilə keçirdiyi açıq tenderin nəticələrini açıqlayıb.
Nəbatat Bağında turniketlər quraşdırılacaq - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderin qalibi "Lunchef Catering" MMC olub.
Qalib şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 33.228,8 manat təşkil edir. Müqaviləyə əsasən, 8 ay ərzində həftənin 5 günü, saat 13:00-da kompleks nahar yeməyi təqdim olunacaq. Menyuda şorba, salat, əsas yemək və içki yer alacaq.
Qidalanma xidməti üçün nəzərdə tutulan əməkdaş sayı hər gün nahar fasiləsindən 2 saat əvvəl sifarişçi qurum tərəfindən dəqiqləşdiriləcək. Təxminən 20 nəfər (+/- 2 nəfər) üçün gündəlik yemək təmin olunması gözlənilir.