"Azərkosmos" Agentliyi “"Azersky” peykinin sığortalanması xidmətlərinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkət "Paşa Sığorta" ASC olub. Sığorta müqaviləsinin dəyəri 517 min 900 manatdır..
Qeyd edək ki, şirkət bundan əvvəl Minatəmizləmə Agentliyinin117 min 596 manat dəyərindəki "İşçilərin tibbi və fərdi qəza sığortası xidmətləri" tenderinin qalibi seçilib.(09.12.2022)
“PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır.