"Azərkosmos" Agentliyi “"Azersky” peykinin sığortalanması xidmətlərinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qalib şirkət "Paşa Sığorta" ASC olub. Sığorta müqaviləsinin dəyəri 517 min 900 manatdır..
Qeyd edək ki, şirkət bundan əvvəl İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin 8 min 489.29 manat dəyərindəki "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mülkiyyətində olan Bakı və Mingəçevir şəhərlərində yerləşən Məlumat Mərkəzlərin 1 (bir) illik könüllü sığortası xidmətinin satın alınması." tenderinin qalibi seçilib.(13.10.2022)
“PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir.
Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.