Dövlət Neft Fondu "Əməkdaşlar üçün könüllü tibbi sığorta xidmətlərinin satın alınması" üzrə təkliflər sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, təkliflər sorğusunun qalibi "Ata Sığorta" ASC olub. Şirkətlə 129 min 600 manat məbləğində müqavilə imzalanıb.
"Ata Sığorta" ASC bundan əvvəl də Dövlət Neft Fondunun eyni adlı iki tenderinin qalibi olub. Belə ki, 14.01.2022 tarixində Dövlət Neft Fondu əməkdaşların könüllü tibbi sığortalanması üzrə 127 min 840 manat, 13.01.2021 tarixində isə 124 min manatlıq müqavilə imzalayıb.