Qəbələ Rayon İcra Hakimiyyəti ilə “Baku Building” MMC arasında 3 milyon manatlıq müqavilə bağlanıb.
Eləcə də bax: 5 mərtəbəli iki girişli binanın tikintisi üçün şirkət seçiləcək
FED.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Qəbələ şəhərində 48 mənzilli yaşayış binasının tikintisi işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 2 658 820 manatdır.
Bildirək ki, “”Baku Building” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Samir Hüseynovdur.