Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Bərpa Agentliyi) Azərbaycan Respublikası büdcə vəsaiti hesabına Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 46/11 nömrəli ünvanda yerləşən qəzalı vəziyyətdə olan 5 mərtəbəli iki girişli binanın sakinlərinin köçürülməsi, binanın sökülməsi və həmin yerdə yeni 5 mərtəbəli iki girişli binanın tikintisi işlərinin davam etdirilməsi ilə əlaqədar 2020-ci il noyabrın 6-da təkliflər sorğusu ilə satınalma proseduru həyata keçirmək niyyətindədir.
Eləcə də bax: Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 7 mln manatlıq tenderə yekun vurub
FED.az xəbər verir ki, təkliflər 5 noyabr 2020-ci il saat 18.00-dək Bərpa Agentliyinin Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi 260, III mərtəbədə təqdim edilməlidir.
Təklif zərfləri 6 noyabr 2020-ci il saat 15.00-da açılacaqdır. Maraqlanan təşkilatlar (012)- 561 -70- 97 nömrəli telefonla əlaqə saxlaya bilərlər. (Marja)