“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Bu ərazilərdə yerləşən köçkün evləri təmir ediləcək - TENDER ELANI
FED.az xəbər verir ki, tender Ağdərə rayonunun Çapar və Həsənriz kəndlərində 144 fərdi yaşayış evinin, Xocalı rayonunun Xanyurdu, Ballıca və Təzəbinə kəndlərində 171 fərdi yaşayış evinin cari təmir layihələrinin hazırlanması məqsədilə keçirilib.
Nəticəyə əsasən, qalib “Himmen Construction” MMC (VÖEN: 1304034061) olub. Şirkətlə bağlanan müqavilənin dəyəri 291 726 AZN təşkil edir.
Qeyd edək ki, “Himmen Construction” MMC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sənan Vəkilov Sahib oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev, ev 2, m.3 ünvanında yerləşir.