Elm və Təhsil Nazirliyi “5-7-ci siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı” tenderinin nəticələrini elan edib.
Nazirlik dərslik istehsalına 13 milyon manat - AYIRDI
FED.az xəbər verir ki, tenderin qalibi “Şərq-Qərb” ASC olub.
Qalib şirkətlə 3 835 112 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Şərq-Qərb” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 589 880 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Oktay Əhmədov İskəndər oğludur. Hüquqi ünvanı AZ1123, Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər, ev 17 ünvanında yerləşir.