“Naxçıvan” və “Çeşməbasar” yarımstansiyalarının yenidən qurulması və Naxçıvan Enerji Baş İdarəsinin inşası ilə bağlı irimiqyaslı tenderin qalibi məlum olub.
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
FED.az xəbər verir ki, “Azərenerji” ASC tərəfindən həyata keçirilən satınalma nəticəsində qalib “Azconstruction” QSC (VÖEN: 1902376131) şirkəti seçilib.
Qalib şirkətlə “Azərenerji” ASC arasında bağlanan müqavilənin ümumi dəyəri 46.572.066,16 manat təşkil edir.
Qeyd edək ki, “Azconstruction” QSC 2015-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Təranə Əliyeva Tahir qızıdır. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 187b ünvanında yerləşir.