Təhsil Nazirliyi dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınması üzrə daha bir tenderinin nəticəsini açıqladı.
Eləcə də bax: 1,4 milyon manat alıb müəllimlərə dərs keçəcək – TENDER MÜQAVİLƏSİ
FED.az xəbər verir ki, Riyaziyyat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri tenderinin qalibi "Psixologiya Elmi-Tədqiqat İnstitutu" MMC olub. Nazirlik şirkətlə 613 min 600 manat məbləğində müqavilə bağlayıb.