Təhsil Nazirliyi müəllimlərə ixtisasartırma təlim təlimləri üçün ümumi məbləği 1 milyon 425 min manat olan iki tender müqaviləsi bağlayıb.
Eləcə də bax: Dövlət qurumu 2 şirkətlə 16,5 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
FED.az xəbər veri ki, hər iki tender müqaviləsi "Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi" MMC ilə bağlanıb. Tenderlər “Humanitar fənləri tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri” və “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi” üzrə olub.