Laçın rayonunun Pircahan kəndinin yenidənqurma və planlaşdırılması istiqamətində mühüm addım atılıb.
300 minlik yol: Dövlət Xidməti “Toyota” və “Nissan”la yola çıxır
FED.az xəbər verir ki, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən elan edilmiş layihələndirmə tenderinə yekun vurulub.
Bu məqsədlə keçirilmiş satınalma müsabiqəsinin qalibi “Azərinşaatlayihə” Dövlət Baş Layihə İnstitutu (VÖEN: 1500064181) olub.
Müəssisə Laçının Pircahan kəndinin layihələndirilməsi xidmətlərini həyata keçirəcək. Layihə işlərinin ümumi məbləği 1 399 025 manat təşkil edir.
Qeyd edək ki, “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səxavət Əsədov Böyükbala oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev 7 ünvanında yerləşir.