“Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin elan etdiyi tender yekunlaşıb.
Bu şirkətin yarım milyondan çox borcu olsa da 112 milyonluq - TENDERLƏR QAZANDI
FED.az xəbər verir ki, tender nəticəsində Laçın şəhərinin daxili yollarının iki mərhələ üzrə layihələndirmə xidmətlərinin satın alınacaq. Tenderin qalibi isə "Project Centre" MMC (VÖEN: 1402899681) şirkəti olub.
Bu xidmətlərin həyata keçirilməsi üçün 1 milyon manat məbləğində müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qalib şirkət bu il ərzində daha bir tender udub. 2025-ci ilin aprelində “Xankəndi şəhərində 20 km-lik daxili yolların tikintisi və yenidənqurulması layihəsinin hazırlanması” xidməti üzrə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ ilə şirkət arasında 1 250 000 manatlıq müqavilə bağlanıb.
Qeyd edək ki, "Project Centre" MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yusif Novruzov Əli-Nağı oğludur. Hüquqi ünvanı AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 68A, mənzil 35 ünvanında yerləşir.