Kino Agentliyi 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, 2 ədəd tammetrajlı sənədli filminin istehsalı eyni şirkətə həvalə edilib.
Qalib şirkətlə Kino Agentliyi arasında toplamda 1 285 000 manat məbləğində müqavilələr imzalanıb.
Satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilib :
| Satınalma predmeti | Qalib Şirkət | Məbləğ | 
| "Ölüm axtaran qadın" tammetrajlı sənədli filminin istehsalı xidmətlərinin satın alınması | "Bakı Media Mərkəzi" MMC | 285 000 AZN | 
| "Borc" tammetrajlı bədii filminin istehsalı xidmətlərinin satın alınnması | "Bakı Media Mərkəzi" MMC | 1 000 000 AZN | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








