Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “İnşaat Servis-2” MMC olub.
Qalib şirkətlə 1 539 900 manat məbləğində müqavilə imzalanıb.