Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Naxçıvan Aqroservis” ASC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Dövlət qurumu qızılgüllərə yarım milyondan çox - PUL XƏRCLƏYƏCƏK
FED.az xəbər verir ki, tender kənd təsərrüfatı təyinatlı traktorların alınması məqsədilə həyata keçirilib. Tenderin qalibi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (VÖEN: 2300195431) olub.
Tərəflər arasında 1 532 800 AZN dəyərində müqavilə bağlanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi cari il ərzində bir sıra digər dövlət qurumlarının da tenderlərinin qalibi olub.
Belə ki, 12 iyunda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elan edilən tenderdə şirkət “KamAZ-65115 6*4 KO427-80” markalı tullantı daşıyan avtomobillərin alınması üzrə qalib seçilmiş və müqavilənin məbləği 8 995 500 AZN təşkil etmişdi.
Bundan əlavə, 8 iyulda Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin elan etdiyi tenderdə də qalib gələn şirkət MAZ-5309, MAZ-6302 markalı yanğınsöndürmə və MAZ-6502 markalı özüboşaldan avtomobillərinin təmiri xidmətlərinin satın alınmasını həyata keçirmiş və müqavilənin dəyəri 10 384 AZN olmuşdu.
Qeyd edək ki, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 11 may 1995-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Amin Əliyev Allahverdi oğludur. Hüquqi ünvanı Gəncə şəhəri, S.Rəhimov, ev.1 ünvanında yerləşir.