İnnovasiya və Təchizat Mərkəzi ““İmtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri”nin satın alınması” tenderinin nəticələrini elan edib.
Tibbi qurum 5 milyonluq dərmanlar aldı - QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub.
Qalib şirkətlə 16 208 345 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Şirəliyev Əvəz oğludur. Hüquqi ünvanı AZ1030, Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev, ev 21C ünvanında yerləşir.