İpoteka və Kredit Zəmanət Fondu “Yeni inzibati binada təmir-bərpa işləri” tenderinin nəticələrini elan edib.
Xəstəxanalarda təmir işlərinə 1 milyon manat ayrıldı - TENDER, ŞƏRTLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Maksimus” MMC (VÖEN: 2900010021) olub.
Qalib şirkətə 17 804 627 manat ödəniləcək.
Qeyd edək ki, “Maksimus” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Muxtar Gülməmmədov Əşrəf oğludur. Hüquqi ünvanı AZ5000, Sumqayıt şəhəri, Bakı-Dərbənd yolu , ev.şimalı ünvanında yerləşir.