Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ““Cəbrayıl rayonu, Horovlu kənd yaşayış məntəqəsində qeyri-yaşayış obyektlərinin tikintisi” işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Qarabağda 48 milyon manatlıq tenderi udan - ŞİRKƏT MƏLUM OLDU
Qarabağda kəndlərin elektriklə təmin olunması ilə bağlı - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, tenderin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub.
Qalib şirkətlə 14 520 813 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən 624 yerlik məktəb binası, 220 yerlik uşaq bağcası, bazar kompleksi, çoxfunksiyalı bina, 1 mərtəbəli ticarət binası, 1 mərtəbəli mərasim zalı, 1 mərtəbəli çayxana, 2 mərtəbəli inzibati bina və polis məntəqəsi, idman-sağlamlıq mərkəzi və klub icma mərkəzinin tikintisi xidmətləri satın alınacaq.
Qeyd edək ki, “19 Saylı Tikinti Təmir İdarəsi” MMC 2011-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur. Hüquqi ünvanı AZ3800, Qusar rayonu, Qusar ş, Karl Marks, ev 67 ünvanında yerləşir.