Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi internet xidmətlərinin alınması üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tender üzrə qalib “Texno Lyuks M” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 2 milyon 894 min 491 manat 15 qəpik məbləğində müqavilə imzalanıb.
Tender təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətlərini əhatə edir.
“Texno Lyuks M”un qurumdan udduğu tenderlər aşağıdakılardır.
|
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
1 |
Təhsil müəssisələrinin internet şəbəkəsi ilə təmin edilməsi xidmətlərinin satınalınması |
2.894.491,15 |
27.11.2025 |
|
2 |
Təhsil müəssisələrinin yüksəksürətli intranet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi həmçinin şəbəkənin genişləndirilməsi zamanı dayanıqlığın təmin olunması |
4.271.495,04 |
15.07.2025 |
|
3 |
Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə və daxili şəbəkəyə qoşulması |
2.498.534,68 |
10.07.2025 |
|
4 |
Müəssisələrin yüksəksürətli internet şəbəkəsinə qoşulması, müəssisə daxili şəbəkənin genişləndirilməsi həmçinin şəbəkənin genişləndirilməsi zamanı dayanıqlığın təmin olunması ilə əlaqədar müxtəlif proqram təminatlarının, avadanlıqların satın alınması |
4.857.121,46 |
16.09.2024 |
|
5 |
Ümumtəhsil məktəblərinin yüksəksürətli internet şəbəkəsinə qoşulması və şagirdlərin distant təhsilə cəlb olunması ilə əlaqədar məktəblərin fiber-optik kabellə internetə qoşulması |
3.987.898,35 |
10.09.2024 |










