“Regional Su Meliorasiya Xidməti” PHŞ-nin 6 tenderinin qalibi məlum olub.
FED.az xəbər verir ki, hər iki tenderin qalibi eyni şirkət seçilib.
Belə ki, qurum torpaq məcralı Mərzəndiyə kanalının (PK10+70–PK25+70, uzunluğu 1,5 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri üzrə satınalma keçirib. Müsabiqənin qalibi “Azsur Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib şirkətin təklifi 140 min 420 manat təşkil edib.
Eyni zamanda qurum Axiya sarvanı kanalının (PK18+48–PK38+48, uzunluğu 2000 metr) beton üzlüyə alınması ilə bağlı da tenderin də qalibi “Azsur Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Bu tender üçün qalib şirkətə 208 min 270 manat ödəniləcək.
Qurmun “Azsur Group”a həvalə etdiyi digər işlər aşağıdakılardır.
S-1-3 (LR-80 növ) kanalının (PK4+00–PK30+60, 2,66 km) qurğularla birlikdə əsaslı təmiri – 363 min 558 manat;
Bakı nasos stansiyasında təzyiqli metal boru xəttinin (D=820 mm, 300 m) əsaslı təmiri – 130 min 027 manat 42 qəpik;
1 saylı tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin (D=900 mm, 450 m) əsaslı təmiri – 276 min 710 manat;
Qarabağ Suvarma Kanalının Mingəçevir şəhəri ərazisindən keçən torpaq məcralı hissəsinin (cəmi 517 pm) sol sahil yamaclığının təmiri – 107 min 026 manat.
“Azsur Group” MMC-nin qalib olduğu tenderlərin ümumi məbləği 1 milyon 226 min 11 manat 42 qəpikdir.
Şirkət daha öncə də “Regional Su Meliorasiya Xidməti” ilə aşağıdakı tenderlər üzrə satınalma müqaviləsi imzalyıb.
-
1 aqreqatlı Arayatılı-1 tərpənməz nasos stansiyasının əsaslı təmiri – 206 min 28 manat. (15.09.2025)
-
Abşeron rayonu Pirşağı qəsəbəsi ərazisində Kənd təsərrüfatı Nazirliyinə tabeli Əkinçilik Elmi-tətqiqat institutunun Yardımçı Təcrübə Təsərrüfatlar birliyinə məxsus 57,7 ha əkin sahəsinin su təminatı – 158 min 120 manat. (15.09.2025)
-
Goranboy rayonu ərazisində Qaraçay çayının sol sahilində Zeyvə kəndini mühafizə edən dəmir-beton bəndin (L=80,0 pm) əsaslı təmiri – 106 min 200 manat. (12.09.2025)
-
Torpaq məcralı Qandax kanalının (PK55+00–PK80+00; L=2,5 km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə təmiri – 197 min 650 manat. (12.09.2025)
-
Torpaq məcralı Muğan kanalının (PK34+70–PK49+70) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri – 168 min 740 manat. (12.09.2025)
-
Torpaq məcralı Bastam arxının (PK97+00–PK108+00, L=1,1 km) beton üzlüyə alınması və üzərindəki hidrotexniki qurğuların əsaslı təmiri – 224 min 200 manat. (12.09.2025)
-
Qızıl-Nohur nasos stansiyasında PVC tipli borulardan ibarət təzyiqli boru xəttinin əsaslı təmiri (D=400 mm, 6ATM, L=0,4 km və D=315 mm, 6ATM, L=0,9 km) – 113 min 634 manat. (12.09.2025)
-
Torpaq məcralı Komsomol kanalının beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri – 153 min 400 manat. (12.09.2025)
-
P-1 beton kanalının (PK00+00–PK10+00, L=1,0 km) beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri – 168 min 268 manat. (12.09.2025)
-
Torpaq məcralı Tuğ suvarma kanalının beton üzlüyə alınması (L=1,2 km) – 129 min 210 manat. (12.09.2025)
-
Torpaq məcralı Nadirşah kanalının (PK99+00–PK104+00, L=500 m) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri – 189 min 804 manat 41 qəpik. (12.09.2025)
-
Torpaq məcralı Zülfəli kanalının (PK00+00–PK10+00, L=1 km) beton üzlüyə alınması – 189 min 744 manat. (12.09.2025)
-
Torpaq məcralı Ağalıq-1 kanalının (PK32+00–PK45+00, L=1,3 km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri – 86 min 380 manat 72 qəpik. (12.09.2025)
-
Qarayeri təsərrüfat daxili arxın (PK0+60–PK12+60, L=1,2 km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri – 123 min 310 manat. (11.09.2025)
-
3 aqreqatlı "Ağalı" tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin əsaslı təmiri (D=630x7 mm, L=0,5 km) – 168 min 740 manat. (11.09.2025)
-
Həmzəlli çayının sağ sahilində Həmzəlli kəndini sel sularından mühafizə edən daş-beton bəndin əsaslı təmiri – 127 min 487 manat 20 qəpik. (11.09.2025)
-
Quşqara kəndinin əkin sahələrinə xidmət edən L=1 km uzunluğunda qapalı boru xəttinin çəkilməsi – 127 min 419 manat 40 qəpik. (11.09.2025)
-
Torpaq məcralı Malikumudlu kanalının (PK19+00–PK29+00, L=1,0 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri – 295 min 181 manat 61 qəpik. (11.09.2025)
-
Əhmədalılar Haramı beton kanalının (PK26+00–PK35+00, L=900 m) beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri – 217 min 415 manat. (11.09.2025)
-
Torpaq məcralı Əlinəzərli arxının (PK00+00–PK8+00, L=0,8 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri – 152 min 220 manat. (11.09.2025)
-
Malbinəsi nasos stansiyasında təzyiqli metal boru xəttinin (D=720 mm, L=400 m) əsaslı təmiri – 148 min 680 manat. (03.09.2025)
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Azsur Group” MMC 21 fevral 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İmanlı Rəşid Yasəf oğludur. Hüquqi ünvanı AZ1075, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev.21F, m.21F ünvanıdır.
Şirkətin 76 min 426 manat 89 qəpik ödənilməmiş vergi borcu var.