Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti ““Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət sürücülük vəsiqələri hazırlamaq müqabilində - 21,2 MİLYON MANAT QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Merkuri-İnşaat” MMC (VÖEN: 1600071371) olub.
Qalib şirkətə 19 285 867 manat ödəniləcək.
Qeyd edək ki, “Merkuri-İnşaat” MMC 12.07.1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirzə Məcnunov Xidir oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri Xətai rayonu, Babək pr., ev 64, m. 143 ünvanında yerləşir.