Culfa Rayon Mərkəzi Xəstəxanası tibbi avadanlıqların satın alınması ilə bağlı 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər 2 tenderin qalibi “Jba Group” MMC şirkəti olub.
Qalib şirkətlə toplamda 3 475 100 manat dəyərində müqavilələr imzalanıb.
Daha detallı aşağıdaki cədvəldə :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Tibbi avadanlıq MRT (Maqnit Rezonans Tomoqrafiya Cihazı) |
“Jba Group” MMC |
2 281 235 |
Tibbi avadanlıqlar KT (Kompyuter Tomoqrafiya Cihazi) |
“Jba Group” MMC |
1 193 865 |
Qeyd edək ki, “Jba Group” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəxtiyar Əsədov Ağali oğludur. Hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə, ev 112A, m. 76 ünvanında yerləşir.