Mühafizə xidmətinin alınması iləbağlı 3 ali təhsil müəssisəsi tenderə yekun vurub.
Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hər 3 tenderin qalibi “GESCO” ASC seçilib.
Qalib şirkətlə 1 042 428 manat dəyərində müqavilələr imzalanıb.
Qeyd edək ki, "Gesco" ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanında yerləşir.
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Məbləğ |
1 |
Azərbaycan Tibb Universiteti |
Azərbaycan Tibb Universiteti üçün 2025-ci il üzrə Mühafizə Xidmətinin satın alınması |
656 206 AZN |
2 |
Bakı Slavyan Universiteti |
Mühafizə xidmətinin satınalınması |
166 125 AZN |
3 |
Azərbaycan Dillər Universiteti |
ADU PHŞ mühafizə xidmətinin satınalınması |
220 097 AZN |