Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2 tenderə yekun vurub.
Azərbaycanda mühafizə tenderlərinin 80%-ini iki şirkət udur - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, tenderlər 2025-ci il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətinin satınalınması ilə bağlıdır.
Qurum müvafiq olaraq 5 419 029 manat “GESCO” ASC-yə, 3 592 760 manat isə “Alov-Mühafizə” MMC-yə ödəyəcək.
Qeyd edək ki, "Gesco" ASC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Murad Camalzadə Fərrux oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanında yerləşir.
Qeyd edək ki, "Alov-Mühafizə" MMC 2009-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xalis Talıbov Yunus oğludur. Hüquqi ünvanı AZ1002, Bakı Şəhəri Nizami Rayonu, Əli Vəliyev, ev 16, m. 68 ünvanında yerləşir