Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Tikinti-Təchizat Birliyi” MMC elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Naxçıvanda dövlət qurumu avtomobillər alır - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tender dövlət investisiyalarının elektron şəkildə idarə olunmasına nəzarət məqsədilə məsləhət xidmətlərinin satınalması məqsədilə həyata keçirilib. Müsabiqənin qalibi “Prosys” MMC (VÖEN: 1401760171) olub.
Qalib şirkətə 236 000 manat ödəniləcək.
Qeyd edək ki, “Prosys” MMC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 30 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xanputa İbadullayev İsmayıl oğludur. Hüquqi ünvanı AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu, ev 133 ünvanında yerləşir.