Səhiyyənin Təminat Mərkəzi “Mal-material dəyərlərinin könüllü Əmlak sığortası növü üzrə sığortalanması xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Qala Sığorta” ASC olub.
Qalib şirkətə 177 000 manat ödəniləcək.
Bu qiymətə 1 il ərzində 25 000 000 manat dəyərində anbarda olan mal-materialların könüllü sığortalanması daxildir.