Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Ziyafət İsa Oğlu Fərzəliyev olub.
Qalib şirkətə 3 336 258 manat ödəniləcək.
Bu müqaviləyə əsasən böyüklər üçün 285 357 ədəd, uşaqlar üçün isə 34 310 ədəd olmaqla toplamda 319 667 ədəd 1 illik hazır yemək xidməti satın alınacaq.