Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Agentliyin tabeliyində olan reabilitasiya müəssisələrində reabilitasiya xidməti alan şəxslərin hazır yeməklə təmin edilməsi xidməti” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Ziyafət İsa Oğlu Fərzəliyev olub.
Qalib şirkətə 3 336 258 manat ödəniləcək.
Bu qiymətə daxildir: 285 357 ədəd böyüklər üçün hazır yeməyin satınalınması, 34 310 ədəd isə uşaqlar üçün hazır yeməyin satınalınması.