Banner

Tenderlər

Bu rayonlarda yeni məktəblər tikiləcək - TENDER

Bu rayonlarda yeni məktəblər tikiləcək - TENDER | FED.az
08:54 17 Aprel 2020

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderlər elan edir.

Eləcə də bax: Bakıda yeni məktəb tikiləcək - TENDER

FED.az xəbər verir ki, nazirlik Kürdəmir, Şabran, Ağstafa, Goranboy, Yevlax rayonlarında məktəblərin tikintisi üçün layihə-smeta işləri üçün tenderlər elan edir.

Həmin tenderlər aşağıdakılardır:

  1. Şabran rayonu, Uzunboyad kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  2. Ağstafa rayonu, Sadıqlı kəndində 360 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  3. Goranboy rayonu, Dəliməmədli şəhərində 960 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;         
  4. Şəmkir şəhərində 1600 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;
  5. Yevlax şəhər 5 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;    
  6. Kürdəmir şəhər 5 nömrəli tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması.

Əlaqələndirici şəxs: Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdiri: 465-73-48

Digər xəbərlər

Banner